BAKI, 25 aprel — Sputnik. Rusiya ilə kollektiv Qərbin qarşıdurması fonunda dünyada böhranlı hadisələrin artacağını proqnozlaşdırırıq. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Elmi Şuranın apardığı analitik iş qlobal miqyasda böhranlı hadisələrin güclənəcəyini deməyə əsas verir", - Patruşev Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın plenar iclasında bildirib.
Onun sözlərinə görə, kollektiv Qərb Rusiyanı məğlub etməyə və onun dünyada təcrid olunmasını təmin etməyə çalışır, eyni zamanda "üçüncü"lərin iqtisadi inkişafına mane olur və Avropanın enerji və sənaye istehsalı sahəsində rifahını şübhə altına alır.
"Hər zamankından daha çox fəal işləmək lazımdır. Qərbin Rusiyaya qarşı "hibrid müharibə" aparması üsullarının daha sistemli təhlilini aparmaq üçün hansı hərəkətləri edəcəyini analiz edin. Nəinki onları izləyin, bir neçə addım irəlini görün, qabaqlayıcı tədbirlər hazırlayın", - Patruşev bildirib.
O qeyd edib ki, 2022-ci il ərzində Elmi Şuranın bölmələrinin iclaslarında Rusiyaya qarşı başladılmış "hibrid müharibə" kontekstində ABŞ, NATO və kollektiv Qərbə qarşı mübarizə məsələləri müzakirə olunub.
"Ukrayna ətrafında baş verənlər fonunda dünyada vəziyyətin inkişafının proqnozlaşdırılmasına, postsovet məkanının digər hissələrində, o cümlədən Cənubi Qafqazda, Belarusda vəziyyətin kəskinləşməsinin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetirilib", - Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşevin sözlərinə görə, müdafiə sənayesi baxımından Rusiyanın yüksək texnologiyalı hərbi texnikanın inkişafı sahəsində xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığı xüsusi vurğulanıb.
"Sosial-iqtisadi təhlükəsizlik istiqamətində artan qlobal iqtisadi təhlükələr şəraitində Rusiya iqtisadiyyatının struktur modernləşdirilməsinin əsaslarına elmi əsaslandırılmış yanaşmalar təqdim edilib", - Təhlükəsizlik Şurasının katibi bildirib.