DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Qazaxıstana sanksiyalarla bağlı xəbərdarlıq etdi

ABŞ Maliyyə Nazirinin köməkçisi bildirib ki, risk həm Qazaxıstan Respublikasına, şirkətlərinə və banklarına münasibətdə artır.
Sputnik
BAKI, 25 aprel — Sputnik. ABŞ Maliyyə Nazirinin köməkçisi Elizabet Rozenberq çərşənbə axşamı Astanada keçirilən dəyirmi masada Rusiyaya Qərbin tətbiq etdiyi ticarət və maliyyə məhdudiyyətlərindən yayınmağa kömək etdiyinə görə Qazaxıstanı respublikadakı şirkətlərə və banklara qarşı ikinci dərəcəli sanksiyaların riskləri barədə xəbərdarlıq edib.
"Risk həm Qazaxıstan Respublikasına, şirkətlərinə və banklarına münasibətdə artır. Biz bu riskləri dəqiq müəyyən etmək üçün qazaxıstanlı həmkarlarımızla, hökumət nümayəndələri ilə, özəl sektorun nümayəndələri ilə əməkdaşlıq edirik", - Rozenberq bildirib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Qərb Rusiyaya sanksiya təzyiqlərini artırıb, nəticədə bir çox Avropa şirkəti Rusiya bazarını tərk edib. Ötən ilin fevralından Avropa İttifaqı artıq Rusiya Federasiyasına qarşı on sanksiya paketini qüvvəyə mindirib. Rusiya prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, ölkəni cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Moskva dəfələrlə bəyan edib ki, ölkə sanksiyaların öhdəsindən gələcək.