BAKI, 25 aprel — Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında ölkəsini rüsvay etmək üçün əlindən gələni edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" telekanalının efirində deyib.
O, Rusiya xarici işlər naziri Sergey Lavrovu Təhlükəsizlik Şurasının iclasında iştirak edən Rusiyada casusluqda ittiham olunan amerikalı Pol Uilanın bacısının "gözlərinə baxması"na çağıran ABŞ-ın daimi nümayəndəsinin hərəkətinə diqqət çəkib.
"ABŞ nümayəndəsi bu cür vəhşi, axmaq və məsuliyyətsiz bəyanatla öz ölkəsini rüsvay etmək üçün əlindən gələni edib", - deyə Zaxarova qeyd edib.
Bu yaxınlarda "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən xəbər verib ki, Ağ Ev Rusiyada casusluqda təqsirli bilinən Uilanın azadlığa buraxılması ilə bağlı razılaşma əldə etmək üçün kreativ həll yollarına hazırdır.
Paul Uilan ABŞ, Kanada, Böyük Britaniya və İrlandiyanın vətəndaşıdır. 2020-ci ilin iyununda Moskva Şəhər Məhkəməsi onu Rusiyaya qarşı casusluqda təqsirli bilib və sərt rejimli koloniyada cəzasını çəkməklə 16 il müddətinə məhkum edib.