RUSİYA

Sabah Moskvada Suriya üzrə dördtərəfli görüş keçiriləcək - Hulusi Akar

Nazirin sözlərinə görə, görüşün məqsədi danışıqlar yolu ilə mövcud problemlərin tez bir zamanda həllidir.
Sputnik
BAKI, 24 aprel - Sputnik. Yanvarın 25-də Türkiyə, Rusiya, Suriya və İranın hərbi və kəşfiyyat idarələrinin rəhbərləri Moskvada görüşəcəklər. TASS-ın məlumatına görə, bunu bazar ertəsi Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar deyib.

“Çərşənbə axşamı Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin görüşü keçiriləcək", - deyə türkiyəli nazir TRT telekanalının efirində bildirib.

Hulusi Akar, arxiv şəkli
Onun sözlərinə görə, görüşün məqsədi "danışıqlar yolu ilə mövcud problemləri tez bir zamanda həll etmək, regionda sülh və əmin-amanlığı təmin etməkdir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.