HADİSƏ

Lənkəranda nişan mərasimində kütləvi zəhərlənmə qeydə alınıb

Zəhərlənənlərdən 10 nəfər tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib.
Sputnik
BAKI, 24 aprel - Sputnik. 24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər qida zəhərlənməsi üzündən TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə APA TƏBİB-ə istinadən xəbər yayıb.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“Yeddi nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - məlumatda vurğulanır.

O da bildirilir ki, zəhərlənənlərin 1-i kişi, 7-si qadın, 9-u uşaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.