BAKI, 24 aprel - Sputnik. Tətbiqi Geofizika İnstitutunun (IPG) məlumatına görə, güclü maqnit qasırğası Yer kürəsini əhatə edib.
Son 24 saat ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə çatıb ki, bu da beş ballıq şkala ilə çox yüksək dərəcə deməkdir, G5 isə ifrat səviyyədir, G1 isə zəifdir.
G4 səviyyəsi elektrik şəbəkələrində gərginliyin qeyri-sabitliyinə, qoruyucuların və enerji sistemlərinin bölmələrinin mümkün zədələnməsinə səbəb ola bilər. Peyk və radiotezlik radionaviqasiyasının saatlarla pozulması ehtimalı da var.
Daha əvvəl bildirilib ki, Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskva və Sankt-Peterburqda maqnit qasırğasının yaratdığı qütb parıltısı müşahidə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.