RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

XHƏ-nin məqsədindən biri Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqdır - Peskov

NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə səfəri ilə əlaqədar Ukraynanın Şimali Atlantika Alyansına daxil olması perspektivlərinə gəlincə, o, Kremlin belə perspektivləri nəzərdən keçirmədiyini bildirib.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq hələ də Rusiyanın həyata keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədlərindən biridir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Çünki əks halda, bu, ölkəmiz üçün, onun təhlükəsizliyi üçün təhlükə yaradacaq", - prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə səfəri ilə əlaqədar Ukraynanın Şimali Atlantika Alyansına daxil olması perspektivlərinə gəlincə, o qeyd edib: "Kreml belə perspektivləri nəzərdən keçirmir".
Peskov dəfələrlə XHƏ-nin məqsədlərinə tam nail olunana qədər davam edəcəyini bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.