RUSİYA

Rusiyalı jurnalistlərə BMT Təhlükəsizlik Şurasına getmək üçün ABŞ vizası verilməyib

Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Sputnik
BAKI, 23 aprel - Sputnik. Rusiyalı jurnalistlərə xarici işlər naziri Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasına birlikdə uçmaq üçün Amerika vizası verilməyib.
APA xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, nümayəndə heyətinin Nyu-Yorka yola düşdüyünü qeyd edib.
"Onların Nyu-Yorka uçuşuna 40 dəqiqə qalıb. Onların hamısı hava limanındadır. Viza verilmir. Amerika səfirliyindən cavab: “Biz bunun üzərində işləyirik”.
Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır", deyə Zaxarova Telegram kanalında yazıb.