NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qazprom" 100 illik qaz ehtiyatları olduğunu açıqlayıb

Hazırda "Qazprom" bütün dünya müəssisələri arasında qaz ehtiyatlarına görə liderliyi qoruyub saxlayır.
Sputnik
BAKI, 23 aprel — Sputnik. Korporasiyanın 100 illik qaz ehtiyatları var.
"TASS" agentliyinin yazdığına görə, bu barədə "Qazprom"un direktorlar şurasının rəhbəri Viktor Zubkov bildirib.
Onun sözlərinə görə, ötən ilin sonunda transmilli enerji şirkətinin çıxarıla bilən mavi yanacaq ehtiyatları 35 trilyon kubmetrə çatıb.
Bundan əlavə, holdinqin direktorlar şurasının sədri qeyd edib ki, hazırda "Qazprom" bütün dünya müəssisələri arasında qaz ehtiyatlarına görə liderliyi qoruyub saxlayır.