RUSİYA

Rusiya və Hindistan meşə sənayesi məhsulları tədarükünü artırmaqda maraqlıdırlar

Ümumilikdə Hindistan Rusiya meşə emalı sənayesinin məhsulları üçün perspektivli bazardır.
Sputnik
BAKI, 22 aprel — Sputnik. Rusiya və Hindistan Rusiya meşə emalı sənayesi məhsullarının, xüsusən də ağcaqayın fanerinin tədarükünü artırmaqda maraqlıdırlar.
Baş nazirin müavini, RF Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bu barədə jurnalistlərə bildirib.

"Potensial hindistanlı alıcılarla aparılmış kommersiya danışıqlarının nəticələrinə əsasən, ixracatçılarımız Rusiyanın meşə sənayesindən malların, xüsusən də ağcaqayın fanerinin Hindistana tədarük həcminin artırılmasında qarşılıqlı marağı qeyd ediblər", - deyə Manturov bildirib.

Nazir həmçinin vurğulayıb ki, ümumilikdə Hindistan Rusiya meşə emalı sənayesinin məhsulları üçün perspektivli bazardır.
Qeyd edək ki, hələ fevral ayında D.Manturov, Rusiya Federasiyasının meşə emalı müəssisələrinin dost ölkələrə tədarükün istiqamətini dəyişdirəcəyini qeyd etmişdi. Xüsusilə, Şimali Afrika, Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiyaya emal olunmuş taxta daşınmaları artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.