RUSİYA

XVII Beynəlxalq Çaykovski müsabiqəsində iştirak etmək üçün 40-dan çox ölkə ərizə göndərib

Müsabiqədə iştirak etmək üçün müraciət edənlər arasında Azərbaycan musiqiçiləri də var.
Sputnik
BAKI, 21 aprel - Sputnik. MoskvaSankt-Peterburqda keçiriləcək Çaykovski adına XVII Beynəlxalq müsabiqəyə 41 ölkədən müraciət daxil olub. Bu barədə cümə günü Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova məlumat verib.

“Ümumilikdə 41 ölkədən 742 müraciət daxil olub ki, bu da müsabiqəmizin aktuallığını və hər yerdə tanınan və ifa olunan dahi bəstəkarın irsinin miqyasını sübut edir", - o, teleqram kanalında yazıb.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova
Müsabiqənin rsəmi saytında verilən məlumata görə, XVII Beynəlxalq Müsabiqədə iştirak üçün müraciətlərin göndərildiyi ölkələr arasında Rusiya, Çin, Cənubi Koreya, Monqolustan, Yaponiya, Belarusiya, Qazaxıstan, ABŞ, Özbəkistan, Fransa, İspaniya, Serbiya, Meksika, Böyük Britaniya, Venesuela, Kanada, Avstraliya, Ermənistan, Almaniya, Gürcüstan , İtaliya , Moldova, Sinqapur, İsveçrə, Avstriya, Azərbaycan, Macarıstan, Vyetnam, İndoneziya, Qırğızıstan, Kolumbiya, Konqo, Litva, Mozambik, Hollandiya, Paraqvay, Suriya, Türkiyə, Ukrayna, Cənubi Afrika və İsveç var.
Ən çox müraciətlər Rusiya, Çin, Cənubi Koreya, Yaponiya, Belarus, Qazaxıstan, ABŞ və Fransadan gəlib.
Xatırladaq ki, P.I.Çaykovski adına XVII Beynəlxalq Müsabiqə. 2023-cü il iyunun 19-dan iyulun 1-dək Moskva və Sankt-Peterburqda altı ixtisas - fortepiano, skripka, violonçel, solo oxuma, nəfəsli alətlər və mis alətlər üzrə keçiriləcək.
Müsabiqənin bütün tədbirləri Müsabiqənin rəsmi saytında və Müsabiqənin Vkontakte sosial şəbəkəsində yayımlanacaq.
Lyubimova həmçinin qeyd edib ki, iştirakçılar daha çox “Solo oxuma”, “Fortepiano” və “Ağac nəfəsli alətlər” ixtisaslarına maraq göstəriblər.
Qeyd edık ki, müsabiqə 2023-cü il iyunun 19-dan iyulun 1-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.