BAKI, 21 aprel - Sputnik. Rusiya hərbçiləri "DXR"də Ukrayna hərbi texnikası üçün yanacaq anbarını məhv ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
""Donetsk Xalq Respublikası"nın Konstantinovka qəsəbəsi ərazisində Ukrayna hərbi texnikası üçün yanacaq anbarı məhv edilib", - deyə hərbi idarənin məlumatında bildirilir.
Bildirilir ki, Rusiya hərbçiləri gün ərzində Donetsk istiqamətində 310-dək Ukrayna əsgərini, 4 zirehli texnikanı və bir neçə artilleriya qurğusunu məhv edib.
Bundan əlavə, son 24 saat ərzində 310-a qədər ukraynalı hərbçi, dörd zirehli döyüş maşını, üç maşın, bir “Qrad” RYAS döyüş maşını, “Msta-B” haubitsası və “Qvozdika” özüyeriyən artilleriya qurğusu sıradan çıxarılıb.
Rusiya hərbi idarəsinin məlumatına görə, hücum dəstələri Artyomovskun qərb hissəsində döyüşləri davam etdirirdilər:
"Eyni zamanda, hava-desant qoşunları düşmənin cinahlara əks-hücum etmək cəhdlərinin qarşısını alır və şəhəri ələ keçirmək üçün hücum dəstələrinin hərəkətlərini dəstəkləyir".
Qeyd olunur ki, operativ-taktiki və ordu aviasiyası, “Cənub” qoşunlar qrupunun artilleriya atəşi KXDR-in Krasnoe, Çasov Yar və Predtexino yaşayış məntəqələri ərazilərində Ukrayna hərbçilərinin bölmələrini vurub.
"Rusiya qoşunları Cənubi Donetsk və Zaporojye istiqamətlərində sutka ərzində 90-a qədər ukraynalı hərbçini, iki zirehli texnikanı, iki sursat anbarını və Msta-B haubitsasını, Xerson istiqamətində isə 10-a qədər ukraynalı hərbçini və iki texnikanı məhv edib", - deyə Nazirlikdən bildirilib.
Cənubi Donetsk və Zaporojye istiqamətlərində - Ukrayna Silahlı Qüvvələrinin 90-a qədər hərbçisi, Krasnolımansk istiqamətində isə Ukrayna Silahlı Qüvvələrinin 55-dən çox hərbçisi və özüyeriyən artilleriya qurğusu vurukub.
Qeyd olunur ki, ümumilikdə, gün ərzində Rusiya hərbçiləri 135 rayonda atəş mövqelərində, canlı qüvvə və texnikada Ukraynanın 94 artilleriya bölməsini məğlub edib, Rusiya hərbi idarəsi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.