BAKI, 21 aprel - Sputnik. Cənubi Koreyada Rusiyanın “Kaltan” gəmisində yanğın zamanı itən 4 dənizçinin cəsədi tapılıb. Bu barədə RİA Novosti-yə Rosmorreçflotdan məlumat verilib.
Əvvəlcə Busanda təmirdən sonra gəmi Oxot dənizinə doğru üzüb. Koreya boğazında, Busan limanından 37 mil şərqdə, kapitan təcili SOS siqnal; verib.
Ekipaj yanğını təkbaşına söndürməyə çalışsa da, buna nail ola bilməyib, daha sonra kapitan da daxil olmaqla 21 nəfər xilasedici qayıqlara üz tutublar. Baş köməkçinin və digər üç ekipaj üzvünün taleyi naməlum olaraq qalır.
““Kaltan” gəmisinin yanğın zamanı itən dörd ekipaj üzvünün hamısının cəsədləri tapılıb”, - deyə Rosmorreçflot-dan bildirilib.
Qeyd olunur ki, "Kaltan" gəmisi Vladivostokda qeydiyyatdadır, gəmi sahibi isə "Dalrıbprom" şirkətidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.