RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO-nun Ukraynanı "udmaq" istəyi xüsusi hərbi əməliyyatın düzgünlüyünü gösdtərir - Peskov

Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Vladimir Putin bu potensial təhlükə barədə xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl danışıb.
Sputnik
BAKI, 21 aprel - Sputnik. Ukraynanı udmaq və alyansa çəkmək xəttini davam etdirən NATO-nun aqressiv davranışı göstərir ki, bu, Rusiyaya düşmən kimi baxan və onun təhlükəsizliyinə qəsd edən aqressiv blokdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, alyansın hərəkətləri xüsus hərbi əməliyyata başlamaq qərarının düzgünlüyünü nümayiş etdirir.

“NATO əvvəllər haqqında danışdığımız aqressiv mahiyyətini hətta xüsusi hərbi əməliyyat başlamazdan əvvəl də nümayiş etdirməkdə davam edir. NATO açıq şəkildə Ukraynanı udmaq və alyansa cəlb etmək xəttini davam etdirir”, - deyə Peskov jurnalistlərə bildirib.

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin də bu potensial təhlükə barədə xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl danışıb.
Qeyd edək ki, alyansın baş katibi Yens Stoltenberq bu yaxınlarda Kiyevə səfəri zamanı Ukraynanın sonda alyansa qoşulacağını bildirmişdi.
Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah tədarük etməklə “odla oynayır” və bu, Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir, “o cümlədən təkcə silah təchizatı deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.