RUSİYA

Bizim gücümüz imanda, xalqlar dostluğunda və dini sülhdədir - Rusiya müftisi

Din xadiminin qənaətinə görə, Qərb dövlətləri tərəfindən dünyada şər yayılmasına birlik və möhkəm xarakterlə cavab verilməlidir.
Sputnik
BAKI, 21 aprel - Sputnik. Rusiya cəmiyyətinin Qərbin tətbiq etdiyi yolverilməz dəyərlərə, yad hadisələrin yeridilməsinə ehtiyacı yoxdur, bu, sadəcə olaraq demokratiya "sarğısı"dır, demokratiyanın özü deyil. Belə bir bəyanatla Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Ravil Qaynutdin cümə günü Moskvanın Kafedral məscidində Ramazan bayramı ilə bağlı təntənəli xütbə zamanı çıxış edib.

“Bizə Qərb dəyərləri və onların demokratiyası lazım deyil. Bu hadisələr bizə yaddır. Bu, demokratiya deyil. Bu, onun qabığıdır. Rusiya isə ənənəvi dəyərlərin onun üçün dəyərli və vacib olması ilə seçilir - dini və ailə dəyərləri, bir-birinə sevgi və hörmət, qardaşlıq və birlik", - deyə Moskvanın Katedral məscidində müfti Ravil Qaynutdin bildirib.

Onun fikrincə, Qərb dövlətləri tərəfindən dünyada şər yayılmasına birlik və möhkəm xarakterlə cavab verilməlidir.

“Bizim gücümüz imanda, çalışqanlıqda, xalqlar dostluğunda və dini sülhdədir. Biz pisliyin hegemonluğuna necə müqavimət göstərəcəyimizi bilirik. Rusiya böyük ölkədir, bundan böyük sınaqlardan da keçib”, – müfti Qaynutdin deyib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.