BAKI, 21 aprel - Sputnik. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə və 24-nə əlavə reyslər təyin edib.
QSC-dən Azərtac-a bildirilib ki, aprelin 21-də əlavə reys üzrə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Aprelin 24-də isə əlavə reyslə saat 16:00-da yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Bununla da Ramazan bayramı ilə əlaqədar sonuncu qeyri-iş günü - aprelin 24-də Ağstafa-Bakı istiqaməti üzrə saat 15:30, saat 16:00 və saat 17:10 olmaqla ümumilikdə 3 qatar yola düşəcək.
Xatırladaq ki, ADY-nin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.