BAKI, 21 aprel — Sputnik. Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 070 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, neft koksunun istehsalı 17,8%, avtomobil benzininin istehsalı 6,2%, qazoylların (dizel yanacağının) istehsalı 5,2% artıb.
Məlumata görə, yanvar-mart aylarında ölkədə ağ neft istehsalı 2,3%, neft bitumu istehsalı 44,9%, faiz, mazut istehsalı isə 91% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının dinamikasına nəzər yetirək:
Neft məhsullarının dinamikası
Məhsul növləri | 2023-cü il, yanvar-mart | İllik müqayisə, % |
Avtomobil benzini, min ton | 349,5 | 106,2 |
Ağ neft, min ton | 136,5 | 97,7 |
Dizel yanacağı, min ton | 556,5 | 105,2 |
Yanacaq mazutu, min ton | 3,1 | 9,0 |
Sürtkü yağları, min ton | 15,4 | 131,6 |
Maye qazlar | 70,8 | 99,2 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 276,3 | 86,0 |
ondan: | ||
Neft bitumu, min ton | 39,6 | 55,1 |
Neft koksu, min ton | 64,1 | 117,8 |
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.