BAKI, 19 aprel — Sputnik. "Walt Disney Company" gələn həftə "minlərlə" əməkdaşını, o cümlədən əyləncə bölməsinin (Disney Entertainment), təxminən 15%-ni ixtisar etməyi planlaşdırır.
"Blumberg" bu barədə mənbələrə istinadən xəbər verir.
"Walt Disney Company" gələn həftə minlərlə iş yerini, o cümlədən əyləncə bölməsindəki işçilərin, təxminən 15%-ni ixtisar etməyi planlaşdırır", - deyə "Blumberg" mənbələrə istinadən bildirib.
Mənbələr onu da bildiriblər ki, ixtisarlar televiziya, film, əyləncə parkları və korporativ işlərə təsir edəcək. Bəzi işçilərə aprelin 24-də bu barədə məlumat veriləcək.
Bundan əvvəl, mart ayında şirkət yenidən təşkil prosesi çərçivəsində 7 min işçinin ixtisarına başladığını elan etmişdi.