BAKI, 20 aprel — Sputnik. Serbiya rəhbərliyi hərbi neytrallıq mövqeyinə görə Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
İsveçin xarici işlər naziri Tobias Billström çərşənbə günü Belqrada gəlib və burada Serbiya dövlət başçısı ilə bağlı qapılar arxasında görüş keçirib.
"Cənab Billström xüsusilə Serbiyanın Rusiya Federasiyasına sanksiyalar tətbiq etməsində təkid etdi. Mən İsveçin mövqeyini anlayaraq dedim ki, bizi də kimsə başa düşməlidir. Biz hərbi neytral mövqedə qalmağa çalışırıq. Məhz bu NATO 1999-cu ildə ölkəmizə hücum etdi .Serbiyanın Avropa yoluna gəlincə, biz həmişə İsveçə verdiyi dəstəyə görə minnətdar olmuşuq", - deyə Vuçiç görüşün yekunlarına dair birgə brifinqdə bildirib.
Serbiya NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvüdür, bununla yanaşı parlamentin 2007-ci il qətnaməsinə əsasən hərbi neytrallığa riayət edir.