BAKI, 20 aprel — Sputnik. Koreya Respublikası Rusiya Federasiyası ilə münasibətlərdə sabitlik naminə Ukraynaya silah vermir.
Bu barədə Koreyanın "Ryonhap" informasiya agentliyi xəbər verir.
"Biz bunu etmirik, çünki Cənubi Koreya Ukrayna vətəndaşlarının azadlığını qorumaq üçün beynəlxalq ictimaiyyəti fəal dəstəkləməklə yanaşı, həm də Rusiya Federasiyası ilə münasibətləri sabit şəkildə idarə etməlidir", - deyə Cənubi Koreya prezidentinin ofisindəki mənbə bildirib.
Qurum rəsmisi qeyd edib ki, ölkə qanunvericiliyində başqa dövlətə silah verilməsini qadağan edən bir qanun yoxdur.
Bundan başqa, respublika Xarici İşlər Nazirliyinin göstərişlərində də "çətin vəziyyətdə olan" ölkəyə hərbi yardım göstərilməsinə imkan verməyən bənd yoxdur.
Bundan əvvəl Kreml Seuldan Kiyevə silah tədarükünün başlanmasının Cənubi Koreyanın münaqişəyə cəlb olunmasının müəyyən mərhələsi demək olacağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, Moskva Ukraynaya istənilən silah tədarükünü düşməncəsinə anti-Rusiya hərəkəti kimi qiymətləndirir.