BAKI, 20 aprel — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Cənubi Koreyaya xəbərdarlıq edib.
Zaxarova bildirib ki, Cənubi Koreya da daxil olmaqla, haradan gəlməsindən asılı olmayaraq Kiyevə silah tədarükü açıq-aşkar anti-Rusiya hərəkəti kimi qiymətləndirilir.
Seulun Kiyevə yalnız humanitar və ya maliyyə dəstəyi vermək barədə sözünün üstündə durması çətindir. Cənubi Koreya ilk dəfə Zelenski rejiminə hərbi yardımın mümkünlüyünü etiraf edib.
"Rusiya Kiyevdəki marionet rejimini bizə qarşı hibrid proksi müharibəsinin aləti seçmiş kollektiv Qərbə qarşı müdafiə xarakterli hərbi əməliyyatlar aparır. Bu vəziyyətdə biz Ukraynaya istənilən silah tədarükünü, haradan gəlməsindən asılı olmayaraq açıq-aşkar anti-Rusiya hərəkəti hesab edirik", - diplomat vurğulayıb.
O hesab edir ki, belə addımlar onları qəbul edən dövlətlərlə ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcək və müvafiq ölkələrin fundamental təhlükəsizlik maraqları ilə bağlı məsələlərdə Rusiyanın mövqeyini formalaşdırılarkən nəzərə alınacaq".
Moskva keçən il Kiyev hakimiyyətinə silah tədarük etdiyinə görə NATO ölkələrinə nota göndərib. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün hərbi texnikanın olduğu istənilən yük Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və Alyans münaqişədə birbaşa iştirak edir - təkcə silahların ötürülməsi ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə.