BAKI, 20 aprel — Sputnik. Rusiya Federasiyası ilə ABŞ və digər Qərb ölkələri arasında mədəni əlaqələr yaxın gələcəkdə dondurulmayacaq. Qərbin bu istiqamətdə siyasəti ağlabatan deyil, lakin Rusiya əməkdaşlığa açıqdır.
Rusiya prezidentinin Beynəlxalq Mədəniyyət Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu barədə "RİA Novosti"yə Federasiyasından məlumat verilib.
"Avropa İttifaqı, ABŞ, Qərbin qeyri-dost ölkələri ilə münasibətlərin dondurulacağını düşünmürəm. Hələlik nəyinsə dəyişməsi üçün heç bir perspektiv görmürəm. Mənim nöqteyi-nəzərimdən Qərbin mədəniyyət siyasəti heç də ağlabatan deyil" - deyə Şvıdkoy "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, 2022-ci ildə tətbiq edilən sanksiyalar aradan qaldırılmayıb, Qərbin bütün mədəniyyət qurumlarına hələ də Rusiyanın dövlət qurumları ilə əlaqələrə girmək qadağandır.
"Eyni zamanda, son aylarda biz gördük ki, Qərb mədəniyyət xadimləri, elm adamları və hətta müəyyən Qərb institutları qeyri-hökumət təşkilatları və şəxsən vətəndaşlarla əməkdaşlığa hazırdır", - deyə Şvıdkoy vurğulayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiya qapıları heç kimi üzünə bağlı deyil, ölkə əməkdaşlığa açıqdır. "Lakin biz vurğulayırıq ki, humanitar məkanda dialoq siyasətdən kənarlaşdırılmalıdır", - deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.