AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident və xanımı məscidin açılışında iştirak ediblər

Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra "Cümə" məscidinin açılışı olub.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra "Cümə" məscidinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Xatırladaq ki, 2021-cildə məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb.