BAKI, 20 aprel — Sputnik. ABŞ-da defolt yalnız zaman məsələsidir.
Buna əmin olan "Tesla" və "SpaceX"in rəhbəri İlon Mask bu barədə özünün "Twitter" hesabında müvafiq fikri bildirib.
"Federal büdcənin xərclərini nəzərə alsaq, bu, ABŞ-ın defolt olub-olmaması deyil, zaman məsələsidir" - deyə Mask yazıb.
Beləliklə, o, Ağ Evin dərc etdiyi - respublikaçıların yeganə planının Birləşmiş Ştatların borcu üzrə defolt olması barədə fikirə münasibət bildirib.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen defoltun ölkəyə ciddi ziyan vuracağını bildirmişdi. Xüsusilə, onun fikrincə, bu baş verərsə, dövlət ən təhlükəsiz və iqtisadi cəhətdən güclü dövlət kimi özünə inamını itirəcək.