HADİSƏ

Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

Milli Hidrometeorologiya Xidməti Samur-Yalama milli parkı, Altıağac milli parkı, Ağgöl milli parkı, Qızılağac milli parkı, Göygöl milli parkı, Şirvan milli parkı və Hirkan milli parkında bayram günlərinin hava proqnozunu açıqlayıb.
Sputnik
BAKI, 20 aprel — Sputnik. Bayram və istirahət günlərində (aprelin 21-22-23-24-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Samur-Yalama milli parkı
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.
Altıağac milli parkı
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-17° isti olacaq.
Ağgöl milli parkı
Hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 21-də gündüz yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq.
Qızılağac milli parkı
Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.
Göygöl milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti , gündüz 11-14° isti olacaq.
Şirvan milli parkı
Hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i axşamdan, 22-si gündüzədək arabir şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 21-24° isti olacaq.
Hirkan milli parkı
Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.