RUSİYA

Putin Maduronu Rusiyaya səfərə dəvət edib

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 17-dən başlayaraq Latın Amerikası ölkələrinə turneyə çıxıb.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuela Prezidenti Nikolas Maduroya Rusiya lideri Vladimir Putinin istədiyi vaxt Rusiyaya səfər etmək dəvətini çatdırıb.
Bunu "RİA Novosti" xəbər verir.
"O, həmçinin məndən Sizə ən xoş arzularını, salamlarını şifahi şəkildə çatdırmağımı xahiş etdi", - deyə Lavrov Bolivar Respublikasının rəhbəri ilə Karakasdakı Miraflores sarayında keçirilən görüşün əvvəlində söyləyib.
Maduro, öz növbəsində Rusiya nümayəndə heyətini salamlayıb və ümid etdiyini bildirib ki, Rusiya Federasiyası və Venesuela onları birləşdirən mövzular üzərindəki işlərdə irəliləməyə davam edəcəklər.
"Mən həmişə sizin dünyakı hərəkətlərinizi izləyirəm. Hər zaman həqiqətin tərəfində olursunuz," – deyə Venesuela lideri əlavə edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 17-dən başlayaraq Latın Amerikası ölkələrinə turneyə çıxıb. Səfər zamanı o, Braziliya, Venesuela, Nikaraqua və Kubaya səfər edəcək.