RUSİYA

Putin Çinin müdafiə naziri ilə görüşməklə ABŞ-a "tərs şillə vurdu"

Çinin müdafiə naziri bildirib ki, onun Rusiyaya ilk xarici səfəri dövlətlər arasında münasibətlərin xüsusi xarakterini vurğulayır.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfunu Moskvada qəbul etməklə ABŞ-a "tərs şillə vurub".
Bu barədə "Business Insider"in yayımladığı materialın müəllifi bildirib.
"ABŞ tərəfindən 2018-ci ildə Liyə qarşı tətbiq edilən sanksiyalardan sonra Putin müdafiə nazirini qəbul etmək qərarı ABŞ üçün "tərs şillə olub", - məqalədə deyilir.
Nəşr bu görüşün Vaşinqton üçün çağırış olduğunu qeyd edib.
Bu yaxınlarda Çinin müdafiə naziri Li Şanfu Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiya ilə Çin arasında mövcud münasibətlərin möhkəm olduğunu və soyuq müharibə dövründəki hərbi-siyasi ittifaqlardan üstün olduğunu bildirib.
Çinli nazir həmçinin bildirib ki, onun Rusiyaya ilk xarici səfəri dövlətlər arasında münasibətlərin xüsusi xarakterini vurğulayır.
ÇXR hökumətinin Koreya yarımadası işləri üzrə xüsusi nümayəndəsi Lü Syaomin bildirib ki, Rusiya və Çin öz Silahlı Qüvvələrinin koordinasiyasını gücləndirmək niyyətindədirlər.
Eyni zamanda o, Pekinin heç vaxt nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etmədiyinə də aydınlıq gətirib.