DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nikol Paşinyan parlamentin iclasına çoxlu sayda mühafizəçi və polislə gəlib

Ermənistan mediası son zamanlar Baş nazir Nikol Paşinyan şəxsi təhlükəsizliyindən çox narahat olduğunu yazır.
Sputnik
BAKI, 19 aprel — Sputnik. "Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır".
Bunu Ermənistanın "Joqovurd" qəzeti yazıb.
Bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: "Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir".
Vurğulanıb ki, bunu baş nazirin dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir: "Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub".