BAKI, 19 aprel — Sputnik. 21 aprel saat 22:00-dan 22 aprel saat 10:00-dək və 22 aprel saat 22:00-dan 23 aprel saat 10:00-dək SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
21 aprelədək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etsinlər.
Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 "Whatsapp" nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.
Ünvanlanan bütün müraciətlərə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları tərəfindən geri dönüş olunacaq.