AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Əvvəlki qərara əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.