DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsraildə Holokost qurbanlarının xatirəsi anılıb

Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu, Prezident İsxaq Hersoq, Knessetin (parlament) spikeri Amir Ohana və Ali Məhkəmənin sədri Ester Hayut iştirak ediblər.
Sputnik
BAKI, 18 aprel — Sputnik. İsraildə II Dünya müharibəsi zamanı yəhudilərin soyqırımı nəticəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, ölkədə aprelin 18-də milli yaddaş və matəm günü – Faciə və qəhrəmanlıq yaddaşı günü qeyd edilir. Səhər saatlarında İsrailin bütün yollarında avtomobillərin və avtobusların hərəkəti iki dəqiqəlik dayandırılıb. İnsanlar II Dünya müharibəsi illərində qətlə yetirilən 6 milyon yəhudinin xatirəsi qarşısında baş əyib.
Saat 13:00-da Qüdsdəki "Yad va-Şem" Memorial Mərkəzində Holokost qurbanlarının xatirəsinə həsr olunan əsas anım mərasimi başlayıb. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu, Prezident İsxaq Hersoq, Knessetin (parlament) spikeri Amir Ohana və Ali Məhkəmənin sədri Ester Hayut iştirak ediblər.
Knessetdə səhər saatlarında başlayan mərasimdə isə Holokost qurbanlarının adları səsləndirilib.
Qeyd edək ki, bu gün Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Holokost Anım Günü ilə bağlı "Twitter"də paylaşım edib.
O paylaşımında qeyd edib:

“Holokost qurbanlarını, yalnız yəhudi olduqları üçün öldürülən 6 milyon yəhudini anırıq. Mən fəxr edirəm ki, Azərbaycan həmişə orada yaşayan bir çox yəhudilərin vətəni olub”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.