BAKI, 18 aprel — Sputnik. Rusiya Qərbdə gənc nəsil arasında təbliğ olunan yüngül narkotiklərin leqallaşdırılmasını qəti şəkildə rədd edir.
Bu barədə çərşənbə axşamı Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Moskvada İttifaq dövlətinin daxili işlər nazirliklərinin birgə kollegiyasının 27-ci iclasında bildirib.
"Bir sıra Qərb ölkələrində müşahidə etdiyimiz yüngül narkotiklərin leqallaşdırılması faktiki olaraq onların gənc nəsil arasında istehlakını təşviq edir. Rusiya belə yanaşmanı qəti şəkildə qəbul etmir. Biz bütün beynəlxalq platformalarda öz mövqeyimizi müdafiə etməyə davam edəcəyik", - deyə Kolokoltsev bildirib.
O həmçinin qeyd edib ki, birgə iş nəticəsində onlayn mağazalar vasitəsilə İttifaq dövləti ərazisində sintetik narkotik maddələr yayan iri cinayət strukturlarının üzvləri məsuliyyətə cəlb edilib.
"Rusiyanın Belarusla həmsərhəd rayonlarında 3000-ə yaxın narkotik cinayəti müəyyən edilib. Onların törədilməsində iştirak edən 1000-dən çox şəxs müəyyən edilib, 900 kq-a yaxın qadağan olunmuş maddə ələ keçirilib", - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.