BAKI, 18 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin Luqanskda Milli Qvardiyanın "Vostok" qoşun qrupunun qərargahına baş çəkib. Bu barədə TASS Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verib.
"Vladimir Putin Luqanskda Milli Qvardiyanın "Vostok" qoşun qrupunun qərargahına baş çəkib", - TASS sitat gətirib.
Qeyd olunur ki, prezident general-polkovnik Aleksandr Lapin və digər yüksək rütbəli zabitlərin məruzələrini dinləyib.
Məruzələrdəki çıxış bu istiqamətdəki vəziyyətlə bağlı olub.
Rusiya lideri hərbçiləri Pasxa bayramı münasibətilə təbrik edib və onlara ikonanın surətini təqdim edib.
Bu yaxınlarda Putinin Xerson istiqamətində "Dnepr" qoşun qrupunun qərargahına baş çəkdiyi məlum olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.