AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident və xanımı Neftçalada səfərdədir

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər. Bu barədə Azərtac xəbər yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Bu barədə Azərtac xəbər yayıb.
Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatı
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfər ediblər
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala - Kürkənd - 2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Neftçalaya səfər çərçivəsində ölkə başçısı xanımı ilə birgə Neftçala Olimpiya İdman Kompleksinin açılışında da iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.