RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Ukraynaya dair sülh planı çərçivəsində Moskva Parisdən heç nə almayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Fransa tərəfi Çinə səfəri zamanı orada bəzi elementlər səsləndirsə də, indiyə qədər onlar - bu elementlər özlərini heç bir yerdə göstərməyiblər.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Moskva Ukraynadakı vəziyyətin nizamlanması üçün sülh planı ilə bağlı Parisdən heç nə almayıb və onlar hələ də belə bir təşəbbüsün mövcudluğundan xəbərsizdirlər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Həqiqətən belə məlumatlar var idi ki. Deyirlər ki, Fransa tərəfi Çinə səfəri zamanı orada bəzi elementlər səsləndirib. Amma indiyə qədər onlar - bu elementlər özlərini heç bir yerdə göstərməyiblər. Bizim Fransanın hər hansı planının olmasından xəbərimiz yoxdur və buna uyğun olaraq biz Fransa tərəfdən heç nə almamışıq", - deyə o, jurnalistlərə bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin müşayiəti ilə aprelin 5-8-də Çinə səfər edib.
Makron, Çinin Ukraynada sülh planı üçün təkliflər verməsindən sonra fevralın sonunda Pekinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.