BAKI, 18 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın (XHƏ) gedişi barədə yerindəcə məlumat alır, bu, ali baş komandan üçün vacibdir. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Görürsünüz ki, indi prezident tez-tez yeni bölgələrə səfər edir. Təbii ki, orada qərargahları yoxlayır, xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı yerindəcə məlumat alır. Bu, Ali baş komandan üçün tamamilə vacibdir", - Peskov jurnalistlərə bildirib.
Bazar ertəsi Putin Xerson istiqamətində "Dnepr" qoşun qrupunun qərargahına və "LXR"də "Vostok" Milli Qvardiyasının qərargahına baş çəkib. O, Xerson, Zaporojye və Luqansk istiqamətlərində vəziyyətlə bağlı hərbi rəhbərlərin məruzələrini dinləyib, həmçinin hərbi qulluqçuları Pasxa bayramı münasibətilə təbrik edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.