DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistanda dövlətə xəyanətdə ittiham olunanların sayını açıqlayıb

Baş nazirin sözlərinə görə, həmin şəxslərin əksəriyyəti hərbçi və yüksək rütbəli zabitdir
Sputnik
BAKI, 18 aprel — Sputnik. Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur. Bu barədə Sputnik Armenia məlumat yayıb. Agentliyin yaydığı xəbərə görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, həmin şəxslərin əksəriyyətinin hərbçi və yüksək rütbəli zabit olduğunu əlavə edib. Hökumət rəhbəri həmin şəxslərin pul qarşılığında öz mövqelərini qarşı tərəfə ötürdüyünü deyib.
Xatırladaq ki, 2021-ci ilə dair hesabata görə, son bir ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət və casusluqla bağlı 8 fakt aşkar edilib, 8 cinayət işi üzrə 26 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.