DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransız siyasətçi: Zelenski üçün çətin günlər gəlib çatıb

MKİ analitiklərinin fikrincə, Kiyev rejimi 2022-ci ildə ən azı 400 milyon dollar mənimsəyib.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Ukrayna lideri Vladimir Zelenski üçün "dəhşətli gün"lər gəlib çatıb.
Bu barədə keçmiş Avropa Parlamentinin üzvü Florian Filippo özünün "Twitter" səhifəsində məlumat verib.
"Onun öz ətrafı ilə təşkil etdiyi və beynəlxalq yardımdan götürdüyü 400 milyon dolların oğurlanmasının üstü açıldı! Bu gün isə Macarıstan Polşanı təqlid edərək, Ukrayna taxılının idxalını qadağan edir", - deyə Filippo bildirib.
Bundan əvvəl jurnalist Seymur Herş Ukrayna hakimiyyətinin Kiyevin yanacaq alması üçün ABŞ-ın ayırdığı yüz milyonlarla dolları mənimsədiyini bildirib. MKİ analitikləri belə qənaətə gəliblər ki, Kiyev rejimi 2022-ci ildə ən azı 400 milyon dollar mənimsəyib.
Aprelin 15-də məlum olub ki, Polşa 2023-cü il iyunun 30-dək Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına rəsmən qadağa qoyub. Daha sonra Macarıstan müvəqqəti olaraq Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar Varşavanın Kiyevə münasibətini nümayiş etdirir.