DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan

Ermənistan Baş naziri bildirib ki, hər iki dövlət qarşılıqlı olaraq ərazi bütövlüyünü tanısa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, bu müqavilə reallaşar.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa səmimiyyətlə çalışır. Bunu Ermənistanın Baş naziri Nikol paşinyan bildirib.

"Hər iki dövlət qarşılıqlı olaraq ərazi bütövlüyünü tanısa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, bu müqavilə reallaşar. Əslində, bu, Soçidə və Praqada Azərbaycan prezidenti ilə razılaşılıb", - Paşinyan qeyd edib.

"Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz Azərbaycanın da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımasını gözləyirik", - baş nazir bildirib.
İrəvan təklif edib ki, Ermənistan və Azərbaycan SSR-in Sovet İttifaqında tərtib edilmiş xəritələri ölkələrin ərazi bütövlüyünün əsası kimi gələcək sülh müqaviləsinə əlavə edilsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.