BAKI, 18 aprel — Sputnik. Bu gün bütün dünya üzrə avtomobil həvəskarları üçün ən əlamətdar hadisə Çinin Milli Sərgi Mərkəzində keçirilən XX Şanxay Beynəlxalq Avtomobil Sənayesi Sərgisinin (Auto Shanghai 2023) açılışı olub.
Onun avtopavilyonlarında Çin və xarici istehsalçıların 1500 avtomobil modeli nümayiş etdirilib.
Sərgi aprelin 27-dək davam edəcək və bu müddət ərzində ən azı bir milyon insanın ziyarət edəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.