PAYTAXT XƏBƏRLƏRİ

Bir məktəbdən on beş şagird xəstəxanaya yerləşdirilib

Bakıda məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib, xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib. "Report"un əldə etdiyi məlumatı məktəb təsdiqləyib.
Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

TƏBİB-in sözçüsü Zamirə Ədilova isə məsələdən xəbərsiz olduğunu deyib:
"Bizdə belə bir məlumat yoxdur".
Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə uşaqların zəhərlənməsi halı baş verib. Məktəb-lisyedə qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.