DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəşər Əsədi Səudiyyə Ərəbistanına dəvət edəcəklər

Səudiyyə Ərəbistanı XİN rəhbəri çərşənbə axşamı Suriyanın paytaxtı Dəməşqə gələcək və bu, krallıqdan Suriyaya 2011-ci ildən bəri ilk belə səfər olacaq.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Suriya Prezidenti Bəşər Əsədə krallığa səfər etmək üçün dəvət göndərəcək.
Daha əvvəl adı açıqlanmayan mənbə RİA Novosti-yə bildirib ki, Səudiyyə Ərəbistanı XİN rəhbəri çərşənbə axşamı Suriyanın paytaxtı Dəməşqə gələcək və bu, krallıqdan Suriyaya 2011-ci ildən bəri ilk belə səfər olacaq.
"Səudiyyə Ərəbistanının xarici işlər naziri prezident Əsədə krallığa səfər etmək üçün dəvət göndərəcək", - telekanalın mənbələri bildirib.
Məlumata görə, Əsədin Səudiyyə Ərəbistanına səfəri Ramazan bayramından sonra baş tuta bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.