İQTİSADİYYAT

Azərbaycana idxal edilən tropik meyvələr gömrük rüsumundan azad edilir

Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.
Sputnik
BAKI, 18 aprel — Sputnik. Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edilir.
Bu, Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.
Qeyd edək ki, artıq bir ildir ki, bazarda bananın qiyməti qalxır. Belə ki, öncə 1-2 manata satılan banan hazırda bazarda 3 manat 50 qəpiyə satılır.
Bəzi yerlərdə isə bananın qiyməti 3 manat 75 qəpik təşkil edib. Bananın qiymətinin qalxması əhali tərəfindən də narazılıqla qarşılanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.