CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstəxanada həkim səhlənkarlığından ölüm faktına görə cinayət işi başlanıb

Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Qəbələ rayon prokurorluğundan verilən xəbərə görə, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də "Qəbələ rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.