BAKI, 17 aprel — Sputnik. Rusiya Bankı sınaq kimi xarici hesablaşmalarda kriptovalyutadan istifadəyə icazə verir. Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında "Yeni insanlar" fraksiyası ilə görüşdə bildirib.
"Biz eyni mövqedə qalırıq ki, ölkə daxilində kriptovalyuta istifadə edilməməlidir. Xarici hesablaşmalar üçün bunun sınaq şəklində mümkün olduğunu güman edirik" - deyə Elvira Nabiullina bildirib.
Bundan başqa o deyib ki, Rusiya Bankı Rusiya Federasiyası hökuməti ilə birlikdə "Mir" ödəniş sisteminin kartlarını emissiya etmək istəyən əcnəbilər üçün şərait yaradılması üzərində işləyir.
"Əcnəbilərə gəlincə, biz həqiqətən burada hökumətlə işləyirik ki, əcnəbilər bizdən Mir kartını tez bir zamanda ala bilsinlər. Burada vacib mövzu fiziki şəxsin məsafədən identifikasiyasıdır, çünki Mir kartı almaq üçün əcnəbinin identifikasiyası lazımdır. Bunun uzaqdan həyata keçirilə bilməsi üçün siz virtual kart əldə edə bilərsiniz, bura gəlib, məsələn, hava limanında onu maddi daşıyıcıda əldə edə bilərsiniz. . Fikrimizcə, məsafədən identifikasiya ilə bağlı qanunvericiliyə dəyişiklik mümkündür", - Mərkəzi Bankın rəhbəri bildirib.