RUSİYA

Putin Şoyqu ilə görüşdü: Ordunun prioritetlərini açıqladı

Rusiya prezidenti bildirib ki, bu ilk növbədə, Ukrayna istiqamətinə və Donbasda, digər yeni ərazilərdə Rusiya xalqının müdafiəsi ilə bağlı hər şeyə aiddir.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Hazırda Rusiya Silahlı Qüvvələrinin aydın prioritetləri var və əsas prioritet Ukrayna istiqamətidir. Bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.
"Bu gün Silahlı Qüvvələrimizdən istifadə ilə bağlı aydın prioritetlərimiz var və bu, ilk növbədə, Ukrayna istiqamətinə və Donbasda, digər yeni ərazilərdə xalqımızın müdafiəsi ilə bağlı hər şeyə aiddir", - deyə Putin deyib.
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Sakit Okean Donanmasının qəfil təftişi barədə prezidentə məruzə edib.