BAKI, 17 aprel - Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0.06% azalaraq, 1 barelə görə 86.26 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.08% azalaraq, 82.45 dollara bərabər olub.