BAKI, 17 aprel — Sputnik. Rusiya Federasiyası 2025-ci ilə qədər neft hasilatını sabit səviyyədə saxlaya biləcək.
Bunu Rusiya Energetika Nazirliyinin rəhbərinin birinci müavini Pavel Sorokin deyib.
"Mövcud proqnozlara görə, 2025-ci ilə qədər üfüqdə neft hasilatı sabit səviyyədə olacaq", - deyə nazirin birinci müavini bildirib.
Sorokin qeyd edib ki, hasilat sabit səviyyədə olarsa, quyuları bağlamaq lazım olmayacaq.
Bu yaxınlarda Rusiya Maliyyə Nazirliyi mayın 1-dən Rusiya neftinin ixracına rüsumun 0,1 dollar artırılacağını açıqlayıb.