PAYTAXT XƏBƏRLƏRİ

"Bakı Metropoliteni" rəqəmləri açıqladı: sərnişindaşıma kəskin artıb

Bu ilin ilk rübündə orta gündəlik sərnişindaşıma isə illik müqayisədə 78 253 nəfər yaxud 15,4 % artaraq 585 316 nəfərə çatıb.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Bu ilin yanvar-mart aylarında "Bakı Metropoliteni" QSC 52 678 475 nəfər sərnişin daşıyıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 7 012 833 nəfər və yaxud 15,4% çoxdur.
Bu ilin ilk rübündə orta gündəlik sərnişindaşıma isə illik müqayisədə 78 253 nəfər yaxud 15,4 % artaraq 585 316 nəfərə çatıb.
Pandemiyadan öncəki dövrlə yəni 2019-cu illə müqayisədə rüblük sərnişindaşıma 2 655 747 nəfər yaxud 4,8 % azalıb. Eyni dövrlə müqayisədə gündəlik orta sərnişindaşıma da 32 842 nəfər və yaxud 5,3% azalıb.