BAKI, 16 aprel - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski ölkə əhalisinin təşkil etdiyi üsyan zamanı öldürülə bilər.
Bunu ABŞ-ın dəniz piyadaları kəşfiyyatının sabiq zabiti Skott Ritter "YouTube" kanalında yayımlanan "Redacted"də müsahibəsində bildirib.
"Əgər real düşünsək, Vladimir Zelenski çox güman ki, ona qarşı ayağa qalxacaq ukraynalıların əli ilə öləcək", - deyə Ritter qeyd edib.
Keçmiş zabitin fikrincə, ölkə prezidenti "Ukrayna cəmiyyətinin tam dağılmasını" təcəssüm etdirdiyi üçün Ukrayna əhalisi üsyan edəcək. Ritter aydınlaşdırıb ki, söhbət təkcə yüz minlərlə ölən hərbçidə deyil, həm də milyonlarla ukraynalının evlərini tərk etməli olmasındadır.
Xatırladaq ki, Ritter bu yaxınlarda Zelenskinin bütün dünya üçün təhlükə yaratdığına dair fikirlərini bildirib. Onun sözlərinə görə, Ukrayna prezidentinin "beynəlxalq münasibətlərdə nizam-intizam" yaratmaq üçün Krımı ələ keçirmək planları Zelenskinin "ağlını itirdiyini" göstərir.
Sabiq kəşfiyyatçı həmçinin ABŞ-ı Ukrayna liderini dəstəkləməyi dayandırmağa çağırıb, çünki o, öz ölkəsinin "məhv edilməsinə kömək edir "və "dünyanın sonunu yaxınlaşdırmaq üçün əlindən gələni edir".